“Komandamın oyunundan həzz alıram”.
Apasport.az xəbər verir ki, bu açıqlama "Bayer"in baş məşqçisi Xabi Alonsoya məxsusdur.
42 yaşlı ispaniyalı mütəxəssis Bundesliqanın "Bohum"la oyunundan (4:0) sonra komandanın ilk dövrəni lider kimi bitirmsinə münasibət bildirib: “Oyunçular güclü mentalitet nümayiş etdirdilər. İndi komanda layiqincə istirahətə gedir. Mövsümün ilk hissəsini yaxşı keçirməyi planlaşdırırdıq. Biz yaxşı vəziyyətdəyik və bundan həzz alırıq. Amma eyni ruhda davam etmək üçün çox çalışmalıyıq deyə düşünürəm”.
Qeyd edək ki, 16 turdan sonra "Bayer" turnir cədvəlinə başçılıq edir. “Aspirinlər” 2-ci pillədə qərarlaşan "Bavariya"nı 4 xal qabaqlayır.