Ferqyuson "Mançester Yunayted"ə gələ bilər
04.09.2023 - 17:53
Ferqyuson "Mançester Yunayted"ə gələ bilər

“Brayton”un gənc hücumçusu Evan Ferqyuson karyerasını top-klubda davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 18 yaşlı forvard 
"Arsenal" və "Mançester Yunayted"in diqqət mərkəzinə düşüb. 

İrlandiya millisinin də şərəfini qoruyan futbolçu mövsümün sonunda sözügedən komandalardan birinə transfer edilə bilər. İlə uğurla başlayan Ferqyuson 4 matçda rəqib qapılarına 4 dəfə yol tapıb.

Qeyd edək ki, onun komandası ilə müqaviləsi 2028-ci ilin yayında qüvvədən düşəcək.

writer photo
Əlirza Əlirzalı
0