FİFA-dan tələb - 27,9 milyon avronu ödəməlisən
11.04.2023 - 12:16
FİFA-dan tələb - 27,9 milyon avronu ödəməlisən

FİFA “Lids” klubunu cəzalandırıb.

Apasport.az saytı xəbər verir ki, ali futbol qurumu Jan-Kevin Oqyustenin müqaviləsinin səbəbsiz ləğv edildiyini əsas gətirərək İngiltərənin təmsilçisindən öhdəliyi yerinə yetirməyi tələb edib. 

“Lids” klubdan göndərilən 25 yaşlı futbolçuya müqaviləyə əsasən 27,9 milyon avronu ödəməlidir.

Qeyd edək ki, 2020-ci ildə transfer olunduğu “Lids”də cəmi 3 oyuna çıxan fransalı futbolçu hazırda İsveçrə “Bazel”inin formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0