FİFA köklü dəyişikliklərə gedir – qərarın tətbiqinə 2 gün qaldı
07.01.2023 - 15:50
FİFA köklü dəyişikliklərə gedir – qərarın tətbiqinə 2 gün qaldı

FİFA futbol dünyasında köklü dəyişikliklərə səbəb olacaq yeni qərarlar açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, klubları, futbolçuları və futbol agentlərini əhatə edən yeni qanunlar yanvarın 9-dan qüvvəyə minəcək.

Layihədə diqqəti cəlb edən əsas dəyişiklik futbolçulara birdən artıq futbol agenti ilə işləməyin qadağan edilməsidir. Bundan başqa, yalnız lisenziyası olan menecerlərə oyunçuları təmsil etmək hüququ veriləcək. Həmçinin agentlərin alacağı ən yüksək məbləğ də müəyyən ediləcək. 

Qeyd edək ki, FİFA-nın 2018-ci ildən davam edən FFAR (FİFA Futbolçu Təmsilçiliyi) proqramı fəaliyyət göstərir. 2022-ci ilin dekabrında Qətərin paytaxtı Dohada keçirilən Konqresdə sözügedən proqram üçün hazırlanan yeni qanunlar təsdiq olunub.
 

writer photo
Əlirza Əlirzalı
0