Pavar “Bavariya”dan gedəcək
09.08.2023 - 23:39
Pavar “Bavariya”dan gedəcək

Benjamin Pavar “Bavariya”nı tərk etmək niyyətinə düşüb.

Apasport.az saytı xəbər verir ki, fransalı müdafiəçi İngiltərədən təklif alıb.

“Mançester Yunayted” Pavarın transferi ilə bağlı ilkin danışıqlara start verib. Münhen klubunun baş məşqçisi Tomas Tuhel müdafiəçinin komandanı tərk etməsinə qarşı çıxsa da, Benjamin fərqli düşünür. 27 yaşlı futbolçu özünü İngiltərədə sınamaq qərarına gəlib. Bu transferin 30 milyon avroya başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Pavarın “Bavariya” ilə növbəti bir illik müqaviləsi var. O, 2022/23 mövsümündə komandanın heyətində 43 oyun keçirib və bu görüşlərdə 7 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0