Finalda uduzdu, istefa verdi
06.11.2023 - 13:04
Finalda uduzdu, istefa verdi

“Boka Xuniors”un baş məşqçisi Corc Almiron istefa verib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bu qərarı mütəxəssisin özü verib. Onun köməkçiləri də klubdan ayrılacaq. 

52 yaşlı çalışdırıcı Libertadores kubokunun finalındakı məğlubiyyətdən sonra bu addımı atıb. O, “Flumiense” ilə görüşdəki uğursuzluqdan sonra komandadan tərk etməyə üstünlük verib.

Qeyd edək ki, final qarşılaşması “Boka Xuniors”un “Flumiense”yə 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0