Flikin taleyinə Yaponiya və Fransa oyunlarından sonra aydınlıq gələcək
25.06.2023 - 00:06
Flikin taleyinə Yaponiya və Fransa oyunlarından sonra aydınlıq gələcək

Almaniya Futbol Federasiyası yığmanın baş məşqçisi Hans-Diter Flikin fəaliyyətindən narazıdır.

Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis payızda vəzifəsindən qovula bilər. 

Avropa çempionatına ev sahibliyi edəcək Almaniya seçmə mərhələsindən azaddır. Yoldaşlıq oyunlarda qüvvəsini sınayan bundestim uğursuz nəticələrlə yadda qalıb. Son 4 oyunun yalnız bir heç-heçəyə nail olan komandanın baş məşqçisi istefaya göndərilə bilər. Federasiya rəhbərliyi sentyabrda Yaponiya və Fransa yığmaları ilə oyundan sonra Flik barədə qərar verəcək.

Qeyd edək ki, Yulian Nagelsmann, Oliver Qlasner baş məşqçini əvəz etməyə namizəd göstərilir.
 

writer photo
Əlirza Əlirzalı
0