Foden "Mançester Siti" tarixinə düşüb
20.05.2024 - 11:28
İngiltərə çempionatının 38-ci turunda "Mançester Siti" Londonun "Vest Hem" klubunu 3:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, bu nəticə ilə “şəhərlilər” ardıcıl 4-cü dəfə Premyer Liqanın qalibi olub.
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden dünənki görüşdə 2 qol vurub. 2023/2024 mövsümündə futbolçu cərimə meydançası xaricindən 6 qola imza atıb ki, bu, "Siti" oyunçuları üçün tarixdə rekord göstəricidir.
Cari mövsümdə Foden Mançester komandasının heyətində 50 matçda iştirak edib. 23 yaşlı yarımmüdafiəçinin aktivində 26 qol və 11 məhsuldar ötürmə var.
0
0