Elvediyə İngiltərədən təklif
19.07.2023 - 17:38
Elvediyə İngiltərədən təklif

“Vulverhempton” yeni mövsüm ərəfəsində müdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Niko Elvedinin xidmətində maraqlıdır.

Mönhenqladbax “Borussiya”sının arxa xətt oyunçusunun transferi ilə bağlı danışıqlara start verilib. Almaniya klubu müqaviləni uzatmaqdan imtina edən 26 yaşlı isveçrəlini satmaqda maraqlıdır. Lakin Bundesliqa təmsilçisi bu keçiddən qazanc götürməyi planlaşdırır.

Qeyd edək ki, 2015-ci ildən “Borussiya”da çıxış edən Elvedinin müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0