Fransadan 39 ilin rekordu
28.03.2023 - 15:33
Fransa millisi son 39 ilin rekorduna imza atıb.
Apasport.az saytı xəbər verir ki, “üçrənglilər” 1984-cü ildən sonra ilk dəfə seçmə mərhələyə iki qələbə ilə başlayıb.
Fransalılar DÇ-1986-nın seçmə mərhələsində keçirdiyi start matçlarında qələbələri sıralayıb. Həmin vaxt Mişel Platini və komanda yoldaşları Lüksemburq (4:0) və Bolqarıstanı (1:0) məğlub edib.
Qeyd edək ki, son dünya çempionatının gümüş medalçısı AVRO-2024-ün seçmə mərhələsinin ilk matçlarında Niderlandı (4:0) və İrlandiyanı (1:0) məğlub edib.
0
0