Şahmatçımız Günay Məmmədzadə daha bir beynəlxalq turniri yüksək nəticə ilə başa vurub.
Apasport.az xəbər verir ki, o, Polşanın Vroslav şəhərində keçirilən “Xoluy-Radzikovska Memorial”ında qüvvəsini sınayıb.
Yerli şahmatçı qadınlardan ibarət yığma ilə “Dünya komandası” arasında keçirilən turnirdə təmsilçimiz ikinci komandanın şərəfini qoruyub. Azərbaycan millisinin liderlərindən olan Məmmədzadə yarışboyu iştirak etdiyi oyunların heç birində uduzmayıb. İti zəka sahibimiz son turda beşinci lövhədə Polşa millisinin lideri Monika Soçko ilə də xalları yarı bölüb.
Qeyd edək ki, 5 turdan ibarət beynəlxalq turnir ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.