Hakimi təhqir edən iki azarkeş həbs olundu
27.11.2023 - 10:11
Qadın hakim Rebekka Uelçə qarşı təhqiramiz şüarlar səsləndirən 17 yaşlı iki gənc azarkeş həbs edilib.
Apasport.az xəbər verir ki, hadisə “Birmingem” – “Şeffild Uensdey” matçında (2:1) baş verib.
Hazırda hər iki yeniyetmə həbsdədir. Onların hərəkətləri ilkin olaraq ictimai asayişin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, Uelç bundan əvvəl Premyer Liqanın “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda dördüncü hakim olub.
0
0