Hakimlər meydanlara qayıdırlar
16.12.2023 - 15:13
Hakimlər meydanlara qayıdırlar

Türkiyədə futbol hakimləri çempionat oyunlarının boykot edilməsini dayandırıblar.

Apasport.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi açıqlayıb.

Ədalət təmsilçiləri “Ankaragücü” – “Rizespor” matçından sonra qəbul etdikləri boykot qərarının icrasını dayandırıblar. Hakimlər yenidən meydanlara dönməyə qərar veriblər.

Qeyd edək ki, ötən həftə baş tutan görüş bitdikdən sonra ev sahibi klubun prezidenti Faruk Kocanın meydançaya girərək baş hakimi Halil Umut Meleri yumruqla döyüb.
 

writer photo
Əlirza Əlirzalı
0