Ten Haqdan Onana qərarı
14.10.2023 - 16:44
Ten Haqdan Onana qərarı

“Mançester Yunayted”in qapıçısı Andre Onana əsas heyətdə yerini itirmək təhlükəsi ilə üzləşib.

Apasport.az xəbər verir ki, baş məşqçi Erik Ten Haq kamerunlu qolkiperi start “11-liy”indən uzaqlaşdırmağa qərar verib.

Niderlandlı mütəxəssis qarşıdakı görüşlərdən sonra belə sərt addım atacaq. Növbəti matçlar Onana üçün son şans olacaq. Əgər afrikalı bu dəfə də etimadı doğrulda bilməsə, ehtiyata göndəriləcək.

Qeyd edək ki, Andre cari mövsümdə Premyer Liqanın 8 matçına çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0