Halanddan növbəti rekord
29.11.2023 - 11:11
Erlinq Haland Çempionlar Liqasında 40-cı qolunu vurub.
Apasport.az xəbər verir ki, “Mençester Siti”nin norveçli hücumçusu V turun “Leypsiq”lə görüşündə fərqlənib.
Haland “40”a 35-ci oyununda çatıb. Bununla da skandinaviyalı turnirin tarixində 40 qolu ən tez vuran futbolçu kimi yeni rekord müəllifi olub.
Erlinq həm də bunu bacaran ən gənc oyunçudur. Haland 40-cı qolu 23 yaş 130 günlüyündə vurub. O, Kilian Mbappeni arxada qoyub.
0
0