Hücumçusuna qiymət qoydu
29.10.2022 - 13:15
Hücumçusuna qiymət qoydu

PSV-nin futbolçusu Kodi Qakpo qış fasiləsində klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Niderland klubu 23 yaşlı forvardı heyətində saxlamaq istəsə də, cəlbedici təklif qarşılığında onu satmağa razıdır.

Eyndhoven təmsilçisi bunun üçün 30 milyon avro istəyir. Maliyyə çətinlikləri olan PSV bu vəsaitlə transfer xərclərini balanslaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Qakpo cari mövsümün 21 matçında 14 qol və 13 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0