PSJ-nin baş məşqçisi Kristof Qaltye komandanın hücum xəttindəki əlaqədən danışıb.
Apasport.az saytının məlumatına görə, franslı mütəxəssis Lionel Messi – Neymar – Kilian Mbappe “trio”sundan razılıq bildirib.
O, adıçəkilən oyunçuların irəlidə çox çalışdıqlarını söyləyib: “Messi və Neymar təlim-məşq toplanışında birlikdə çox oynadılar, çünki Mbappe zədəli idi. Bu “üçlük” işləyir, məşqdə bir-birini çox axtarır. Bu, əsl hücum “üçlüy”üdür. Kilianı da hücum xəttinə inteqrasiya etmək həmişə asandır”.
Qeyd edək ki, Kilian Mbappe ilə Neymar arasında yaşanan narazılıqlara görə, fransalı forvard komanda yoldaşının satılmasını istəyir.