İBİA-dan rüblük hesabat: 50 danışılmış oyun
20.07.2023 - 15:34
İBİA-dan rüblük hesabat: 50 danışılmış oyun

Mərclərin Ədalətliliyi Beynəlxalq Assosiasiyası (İBİA) 2023-cü ilin ikinci rübünün hesabatını açıqlayıb.

Apaaport.az saytının məlumatına görə, aprel, may və iyunu əhatə edən dövrdə 50 şübhəli oyun aşkarlanıb. 

Danışılmış olduğu ehtimallı matçlar 8 idman növünü əhatə edir. Belə görüşlər daha çox futbolda qeydə alınıb – 19.

Tennisdə 14, stolüstü tennisdə 8, dartsda 5 matç “qara siyahı”ya düşüb. Boks, boulinq, badminton və kiberidmanın hərəsində 1 oyun şübhə yaradıb. 

Qeyd edək ki, 2023-cü ilin ilk 3 ayı ərzində 40 şübhəli qarşılaşmaya təsadüf olunub.

writer photo
Əlirza Əlirzalı
0