İbrahimoviç: "Seks qol vurmaqdan daha maraqlıdır"
03.10.2023 - 14:42
İbrahimoviç: "Seks qol vurmaqdan daha maraqlıdır"

"Seks qol vurmaqdan daha maraqlıdır".

Apasport.az xəbər verir ki, veteran futbolçu Zlatan İbrahimoviç son açıqlamaları ilə mətbuatın diqqətini özünə çəkib.

“İnter”, “Milan”, “Yuventus”, PSJ və “Barselona”nın sabiq hücumçusu jurnalistin “qol vurmaqdan daha xoş nəsə var?” sualına belə cavab verib: “Seks daha yaxşıdır. Cinsi əlaqənin verdiyi adrenalin qol vurduğun zaman keçirdiyin hisslərdən üstündür. Fərqli düşünən hər kəs cinsi əlaqədə problem yaşayır, həkimə müraciət etməlidir”.

Qeyd edək ki, 42 yaşlı isveçli futbolçu ötən mövsümün sonunda karyerasını bitirdiyini açıqlayıb. O, klub səviyyəsində 827 matçda iştirak edərək , 496 qol və 205 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0