İlk final: “Roma” – “Feyenoord”
25.05.2022 - 09:58
İlk final: “Roma” – “Feyenoord”

Bu gün Konfrans Liqasında 2021/22 mövsümü başa çatacaq.

Apasport.az saytının məlumatına görə, Avropanın üçüncü dərəcəli klub turniri final oyunu ilə yekunlaşacaq.

İlk dəfə təşkil olunan yarışın həlledici matçı Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Kubok “Roma” və “Feyenoord”un duelində bəlli olacaq.

Oyunun favoriti sayılan “Roma” Avropa səhnəsində ilk kubokunu qazanmağa iddialıdır. Tarixi ərzində Çempionlar kuboku (1970), iki UEFA kuboku (1974, 2002) və Qitələrarası kuboku (1970) qazanan Niderland təmsilçisi 5-ci mükafat üçün mübarizə aparacaq.

⚽  23:00. “Roma” – “Feyenoord”
 

writer photo
Əlirza Əlirzalı
0