İngilislərdən "Qalatasaray"a hörmətsizlik
05.10.2023 - 09:37
İngilislərdən "Qalatasaray"a hörmətsizlik

"Qalatasaray" İngiltərə rəhbərliyini komandaya hörmətsizlikdə ittiham edib.

Apasport.az xəbər verir ki, İstanbul klubu Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "Mançester Yunayted"lə (2:3) oyunundan sonra rəsmi saytında açıqlama yayıb.

“Cim-bom” rəhbərliyi oyundan sonra komandanın Türkiyəyə dönüşü zamanı Britaniya rəsmilərinin onlara qarşı kobud davrandığını bildirib: “İngiltərənin İstanbuldakı Baş Konsulluğu tərəfindən viza rəsmiləşdirilməsi zamanı yaranan çətinliklər komandamız İngiltərəni tərk etdiyi zaman əxlaqsızlığa çevrilib. 
Uçuşumuzu işgəncəyə çevirməyə çalışan mənasız detallı baqaj yoxlaması geri dönməmizdə gecikməyə səbəb oldu. Bu prosesdə məmurların davranışları, onların hörmətsizliyi, lovğalığı ölkəmizə münasibətin göstəricisidir.
Bilməlisiniz ki, Türkiyənin fəxri olan “Qalatasaray” idman klubunun futbolçularına, texniki heyətinə, idarəçilərinə heç kim bu cür davrana bilməz. İctimaiyyətlə bölüşmək istərdik ki, nalayiq hərəkət edənlərə qarşı sona qədər mübarizə aparacağıq.
Bütün bunlara baxmayaraq, “Mançester Yunayted” nümayəndələrinə oyundan əvvəl və oyundan sonra mehriban davranışlarına görə təşəkkür etmək istərdik”.

writer photo
Əlirza Əlirzalı
0