Hollandiyalı yarımmüdafiəçi Donni van de Bek transfer təklifi alıb.
Apasport.az saytı xəbər verir ki, “Milan” bu keçid üçün “Mançester Yunayted”ə 20 milyon avro ödəməyə hazırdır.
“Milan” Sandro Tonalini “Nyukasl”a keçməsindən sonra orta xətdəki problem Donni ilə sığortalamaq niyyətindədir. Klub rəhbərliyi ötən mövsümdə əsas heyətdə möhkəmlənə bilməyən futbolçunu satmağı planlaşdırır. Təasdüfi deyil ki, az əvvəl mançesterlilər de Beki “Roma”ya təklif ediblər.
Qeyd edək ki, 2022/23 mövsümündə hollandiyalı cəmi 10 oyunda meydana çıxıb. Onun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayında bitəcək.
“Milan” Tonalinin əvəzinə onu gətirir
03.07.2023 - 21:57
0
0