“Neftçi” irəlilədi, “Qarabağ” mövqeyini qorudu
31.07.2022 - 10:21
“Neftçi” irəlilədi, “Qarabağ” mövqeyini qorudu

UEFA-nın klub reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 7 klubu da yer alıb.

Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 21,500 xala malik Ağdam klubu 65-ci yerdədir. Çempionumuz mövqeyini qoruyub.

“Neftçi” isə irəliləyişə nail olub. Xal hesabını 9,000-a çatdıran bakılılar 145-ci yerə qədər irəliləyib. Paytaxt təmsilçisi bu mövqeyi digər 5 klubla bölüşür.

Digər 5 klubumuz geriləyib. 286-cı yerə enən “Qəbələ”nin 4,000 xalı var. “Şamaxı” 3,000 xalla 303-cüdür. “Zirə”, “Səbail”, “Sumqayıt” isə 2,775 xalla 345-ci pillədədir.

Qeyd edək ki, cədvələ 116,000 xala malik “Mançester Siti” başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0