İngiltərə Kuboku matçı stadionu su basdığı üçün təxirə salındı
07.01.2023 - 20:54
İngiltərə Kuboku matçı stadionu su basdığı üçün təxirə salındı

İngiltərə Kubokunun 1/32 final oyunlarından biri təxirə salınıb.

Apasport.az xəbər verir ki, Neylzvort şəhərində keçirilməli olan "Forest Qrin Rovers" – "Birminqem" matçı II divizion klubunun stadionunun yararsız vəziyyətdə olması səbəbindən baş tutmayıb.

Belə ki, gecə yağan yağış nəticəsində stadionu su basıb. Səhər saatlarında edilən yoxlanışdan sonra bu qazonda oyunun baş tutmayacağı qərara alınıb.

Qeyd edək ki, oyunun yeni tarixi və biletlərin aqibəti barədə daha sonra məlumat veriləcək. 

writer photo
Əlirza Əlirzalı
0