İngiltərə millisi onu itirdi
27.03.2023 - 10:11
İngiltərə millisi onu itirdi

İngiltərə millisi ciddi itki ilə üzləşib.

Apasport.az saytı xəbər verir ki, komandanın yarımmüdafiəçisi Fil Foden apendisit ağrısı səbəbindən millinin düşərgəsini tərk etməli olub.

"Mançester Siti"nin 22 yaşlı futbolçusu əməliyyat olunacaq və bu səbəbdən nəinki AVRO-2024-ün seçmə mərhələsində, heç klubunun qarşıdakı bir neçə oyununda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Foden bu mövsüm Premyer Liqada 24 oyunda 9 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0