İngiltərə millisini o idarə edəcək
09.08.2024 - 17:44
İngiltərə millisini o idarə edəcək

Futbol üzrə İngiltərə millisinə müvəqqəti baş məşqçi təyin olunub.

Apasport.az xəbər verir ki, yığma komanda U-21-in baş məşqçisi Li Karsliyə həvalə edilib.

50 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında İngiltərəyə rəhbərlik edəcək. 

Xatırladaq ki, Qaret Sautqeyt Avropa Çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra baş məşqçi postundan istefa vermişdi.

writer photo
Əlirza Əlirzalı
0