İngiltərə Premyer Liqasında yeni mövsüm başlayır
16.08.2024 - 13:18
İngiltərə Premyer Liqasında yeni mövsüm başlayır

Bu gün İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq. "Mançester Yunayted" "Old Trafford"da "Fulhem"i qəbul edəcək.

Qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, turun digər matçları 17-18-19 avqust tarixlərində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0