İngiltərə tarixinin ən yaxşı yarımmüdafiəçiləri məlum olub
23.03.2024 - 17:38
İngiltərə tarixinin ən yaxşı yarımmüdafiəçiləri məlum olub

"Four Four Two" portalı yeni reytinq cədvəli hazırlayıb.

Apasport.az xəbər verir ki, nəşr bu dəfə İngiltərə futbol tarixinin ən yaxşı yarımmüdafiəçilərinin siyahısını açıqlayıb.

Reytinqin birinci pilləsində “Mançester Yunayted”in əfsanəsi Bobbi Çarlton qərarlaşıb. İkinci yeri Pol Qaskoyn, ilk üçlüyü isə “Çelsi”nin meneceri Frank Lempard tamamlayıb.

İlk "10-luq"da daha sonra Stiven Cerrard, Devid Bekhem, Pol Skoulz, Qlenn Hoddl, Brayan Robson, Dunkan Edvards və Kris Uodl yer alıb.

Qeyd edək ki, siyahının lideri Bobbi Çarlton 21 oktyabr 2023-cü ildə vəfat edib. O, 1966-cı ildə "Qızıl top"u qazanmışdı.

 

writer photo
Əlirza Əlirzalı
0