“Sampdoriya”da yeni baş məşqçi
06.10.2022 - 14:25
“Sampdoriya”da yeni baş məşqçi

“Sampdoriya”nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunu Deyan Stankoviç çalışdıracaq.

Serbiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Anlaşmada sonradan bir il müddətinə uzadılma ilə bağlı bənd də yer alıb.

44 yaşlı mütəxəssis Marko Campaolonu əvəzləyib. Sonuncu yanvarın 19-dan oktyabrın 2-dək Genuya təmsilçisini çalışdırıb.

Qeyd edək ki, Stankoviç karyerası ərzində “Srvena Zvezda”nın baş məşqçisi olub.
 

writer photo
Əlirza Əlirzalı
0