İngiltərə yığmasında Millətlər Liqası öncəsi 3 itki
04.09.2024 - 11:54
İngiltərə yığmasında Millətlər Liqası öncəsi 3 itki

İngiltərə yığması Millətlər Liqasının qrup mərhələsinin oyunlarına 3 itki ilə çıxacaq.

Apasport.az xəbət verir ki, bu barədə “England Football" nəşri məlumat yayıb.

Yarımmüdafiəçilər Fil Foden və Koul Palmer, həmçinin mərkəz hücumçusu Olli Uotkins milli komandadan ayrılıb.

Buna futbolçuların səhhətində yaranan problemlər səbəb olub.

Bu səbəbdən də futbolçular qarşıdakı matçlarda İngiltərə millisinə kömək etməyəcək.

Xatırladaq ki, İngiltərə yığması sentyabrın 7-də Dublində İrlandiya millisi ilə qarşılaşacaq. Sentyabrın 10-da ingilislər öz stadionlarında Finlandiya ilə mübarizə aparacaqlar.
 

writer photo
Əlirza Əlirzalı
0