İngiltərənin baş məşqçi postuna namizədlər bəlli olub
07.08.2024 - 21:42
İngiltərənin baş məşqçi postuna namizədlər bəlli olub

Avropa Çempionatının final görüşündə məğlub olduqdan sonra istefa verən İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Soutqeyti əvəzləyə biləcək mütəxəssislərin adları bəlli olub.

Apasport.az xəbər verir ki, namizədlər arasında həm məşhur, həm də az tanınan baş məşqçilər var.

İngilis mətbuatında dolaşan xəbərlərə görə, milli komandanı müvəqqəti olaraq Li Karsli idarə edəcək. O, hazırda U-21 komandasının sükanı arxasındadır. 

Digər namizədlər arasında Eddi Hov, Qraham Potter və Maurisio Poçettino var. 

Namizədlərdən ən məşhur və diqqət çəkən ad isə şübhəsiz ki, Pep Qvardioladır.

writer photo
Əlirza Əlirzalı
0