“İnter” Şkrinyara qiymət qoydu
18.08.2022 - 00:24
“İnter” Şkrinyara qiymət qoydu

PSJ Milan Şkrinyarın transferi ilə bağlı danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin formasını geyindiyi “İnter” slovakiyalını buraxmaqda maraqlı deyil.

İtaliya təmsilçisi bu üzdən də oyunçusuna yüksək qiymət qoyub. Parislilər transfer üçün 80 milyon avro ödəməlidir. Liqa1 təmsilçisi yalnız 60 milyon verməyə razıdır. PSJ rəhbərliyi qiymətdə endirimə nail olacaqlarına ümid edir.

Qeyd edək ki, Milanın italiyalılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0