“İnter”dən Milan qərarı
13.09.2022 - 22:13
“İnter”dən Milan qərarı

“İnter” futbolçusu Milan Şkrinyarla müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, slovakiyalı ilə anlaşma cari mövsümün sonunda başa çatacaq.

Bu üzdən də İtaliya təmsilçisi 27 yaşlı futbolçu ilə yeni sözləşmə imzalayacaq. Yay transfer pəncərəsində PSJ-nin 81 milyon avroluq təklifini rədd edən Milan klubu Şkrinyarı buraxmaq niyyətində deyil.

Qeyd edək ki, 2017-ci ildən “İnter”də çıxış edən Milan 222 oyunda 11 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0