“İnter”in futbolçusu Fransa klubunda
07.08.2024 - 15:33
“İnter”in futbolçusu Fransa klubunda

Hücumameylli yarımmüdafiəçi Valentin Karboni “İnter”dən icarə əsasında “Marsel”ə keçib.

Apasport.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilədə 19 yaşlı futbolçunun icarə müddəti bitdikdən sonra mümkün alınma variantının olduğu bildirilir.

Karboninin “Marsel”ə icarəyə götürülməzdən əvvəl “İnter”lə müqaviləsini 2029-cu ilin yayına qədər uzadacağına dair məlumatlar ortaya çıxmışdı.

Argentinalı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 32 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0