“İnter”in gözü “Ayaks”ın yarımmüdafiəçisində
01.09.2023 - 10:19
“İnter” heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Davi Klassenin xidmətində maraqlıdır.
“Ayaks”ın 30 yaşlı futbolçusu yaxın müddətdə Milan təmsilçisinə qoşula bilər. “İnter” rəhbərliyi onun yarımmüdafiə xəttini gücləndirəcəyinə ümid edir.
Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsümdə 46 matç keçirib. O, 10 qol və 3 assistə imza atıb.
0
0