“İnter”in gözü “Bavariya”nın müdafiəçisində
21.08.2023 - 22:31
“İnter” Bencamen Pavarın transferi ilə bağlı danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu müdafiəçinin məxsus olduğu “Bavariya” ilə ortaq məxrəcə gəlməyə çalışır.
Milanlılar 27 yaşlı fransalının transferi üçün 28+5 milyon avro ödəməyə razıdır. Almaniya klubunun 30 milyon istədiyini nəzərə alsaq, tərəflərin tezliklə anlaşacağı gözlənilir.
Qeyd edək ki, Pavar cari mövsümün bir oyununda 45 dəqiqə şans qazanıb.
0
0