"Qarabağ"ın sabiq futbolçusu “Traktor”da
10.02.2023 - 14:56
"Qarabağ"ın sabiq futbolçusu “Traktor”da

"Qarabağ"ın sabiq futbolçusu Xayme Romero Təbrizdə oynayacaq. 

Apasport.az saytının məlumatına görə, ispaniyalı "Traktor"la anlaşıb. 

"Kartaxena" dan ayrıldıqdan sonra klubsuz qalmış 32 yaşlı yarımmüdafiəçi Təbriz təmsilçisinin təklifini geri çevirməyib.

Qeyd edək ki, Romero 2019-2022-ci ildə Ağdam klubunun formasını geyinib. 

writer photo
Əlirza Əlirzalı
0