İspaniya klubu Kepanı istəyir
13.01.2024 - 12:36
İspaniya klubu Kepanı istəyir

"Sevilya" yeni qapıçı axtarır.

Apasport.az "Todofichajes"ə istinadla xəbər verir ki, klubun maraqları arasında cari mövsümdə "Real"da icarə əsasında çıxış edən "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa da var.

“Sevilya” yay "transfer pəncərəsi"ndə futbolçunu heyətinə qatmaq niyyətindədir. Arrizabalaqanın transfer qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, 29 yaşlı ispan qolkiperin "Real"la icarə müqaviləsi bu il iyunun sonunda başa çatır.

 

writer photo
Əlirza Əlirzalı
0