İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxardı
30.12.2022 - 11:04
İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxardı

İspaniya məhkəməsi Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo barəsində həbs qərarı çıxarıb.

Apasport.az saytı xəbər verir ki, 37 yaşlı superulduza vergidən yayındığı üçün 23 aylıq cəza verilib.

Ancaq İspaniya qanunlarına əsasən həbs müddəti iki ildən az olduğu üçün Ronaldo pul cəriməsi ilə canını qurtaracaq. O, 3,57 milyon avro qarşılığında cəzadan azad olunacaq. 

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” klubu ilə müqaviləsini ləğv edən Kriştiano hazırda klubsuzdur. Onun Madrid “Real”ına transferi gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0