İspaniyalı futbolçu ABŞ komandasının ortaq sahibi olub
21.11.2024 - 16:43
İspaniyalı futbolçu ABŞ komandasının ortaq sahibi olub

Hazırda Avstraliya təmsilçilərindən “Vestern Sidney” forması geyinən Xuan Mata Amerika klubunun səhmlərinə şərik olub. 

Apasport.az xəbər verir ki, 36 yaşlı ispaniyalı “San Dieqo”nun hissədarına çevrilib.

"San Dieqo" 2025-ci ildən ABŞ-nin MLS liqasında çıxış edəcək.

Qeyd edək ki, “Real Madrid”in yetirməsi olan Mata, karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted” və “Qalatasaray” kimi klubların şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0