“İstənilən rəqibi məğlub edə bilərik”
11.12.2023 - 14:54
“İstənilən rəqibi məğlub edə bilərik”

"Böyük "Barselona"nı məğlub etdik".

Apasport.az xəbər verir ki, bunu “Jirona”nın baş məşqçisi Miçel deyib.

O, “Barselona” üzərində qələbəni (4:2) şərh edib: “Çox xoşbəxtəm. Çünki böyük “Barselona”nı məğlub etdik. Rəqib çox güclü başladı, ancaq əks-hücumda hesabı açdıq. 1:0 hesabı bizi sakitləşdirdi. Rəqib tez hesabı bərabərləşdirdi. Biz topa yaxşı sahib idik, hər an qol vura bilərdik. Şanslarla dolu matç idi. Bu, “Jirona”nın ruhudur və inanırıq ki, istənilən rəqibi məğlub edə bilərik. Bilirdik ki, bizi qarşıda böyük təzyiq gözləyir. Möhtəşəm və olmaq istədiyimiz komanda gördük. Bu, hər şeyin ola biləcəyi bir oyundur”.

Mütəxəssis çempionluq barədə danışmaq istəməyib: “Çempionat? Matçdan matça irəli gedirik. Düşünürəm ki, biz artıq özümüzə La Liqada “iqamətgahımız”ı saxlamaq üçün riyazi şansımızı təmin etmişik. Məqsədimiz bu idi. “Real”la oyundan başqa, bütün oyunlarda üstünlüyə malik idik. İndi biz liderik, amma bu, çox çətindir”.

writer photo
Əlirza Əlirzalı
0