Jorje Jesusun komandası rekorda imza attı
13.03.2024 - 09:34
Jorje Jesusun komandası rekorda imza attı

Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Əl-Hilal" Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın sabiq baş məşqçisi Jorje Jesusun komandası bu qələbə ilə yeni rekorda imza atıb. 

Səudiyyə Ərəbistanı təmsilçisi ardıcıl 28 matçda qalib gələrək buna nail olub. 

Qeyd edək ki, “Əl-Hilal” 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gələn Uelsdən olan “Nyu Seynts”in nailiyyətini geridə qoyub.

 

writer photo
Əlirza Əlirzalı
0