“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo komandasını dəyişməklə bağlı fikrindən daşınıb.
Apasport.az saytının məlumatına görə, bir ara İtaliyaya qayıtmağı planlaşdıran 30 yaşlı orta sahə oyunçusu artıq “zadəganlar”da qalmağı qərara alıb.
Bunu İtaliya millisinin üzvünün meneceri Joao Santos açıqlayıb: “Bizim indi prioritetimiz “Çelsi” ilə yeni müqavilə bağlamaqdır. Hazırkı sözləçmə 2023-cü ilin yayına qədər qüvvədədir. Düşünürəm ki, sentyabrda müddətin uzadılmasını müzakirə etməyə başlayacağıq”.
Qeyd edək ki, 2018-ci ildən “Çelsi”də çıxış edən Jorjinyo ötən mövsüm londonluların heyətində 47 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.