Jozef De Souza Türkiyəyə qayıdır
27.12.2023 - 13:58
Jozef De Souza Türkiyəyə qayıdır

“Başakşəhər” heyətinə yeni futbolçu qatacaq.

Apasport.az xəbər verir ki, Türkiyə klubu braziliyalı yarımmüdafiəçi Jozef de Souza ilə razılaşıb.

34 yaşlı futbolçu İstanbula gələcək. O, müayinədən keçdikdən sonra "bayquşlar"la müqavilə bağlayacaq.
   
Qeyd edək ki, hazırda Çinin “BJ Qoan” komandasında çıxış edən yarımmüdafiəçi Türkiyədə “Beşiktaş” və “Fənərbaxça”da forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0