Kanadalı futbolçu “Roma”nın təklifini rədd edib
06.08.2024 - 14:09
Kanadalı futbolçu “Roma”nın təklifini rədd edib

“Lill”in hücumçusu Conatan David bu yay İtaliyanın “Roma” klubuna keçməkdən imtina edib.

Apasport.az “Ekip”-ə istinadən xəbər verir ki, kanadalı futbolçu Daniele de Rossinin komandasına qoşulmayıb.

24 yaşlı forvardla “Tottenhem”in də maraqlandığı bildirilir. London klubu hazırda yeni hücumçu axtarır və o, Angelos Postekoqlunun rəhbərlik etdiyi məşqçilər heyəti üçün cəlbedici seçimdir.

David Fransa çempionatının son mövsümündə 19 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Lill”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır, ona görə də, klub oyunçunu satarkən endirim etməyə hazırdır.

writer photo
Əlirza Əlirzalı
0