Zidan və Enrike Portuqaliya millisinə namizəd oldular
25.12.2022 - 15:16
Portuqaliya millisinin baş məşqçisi postuna Zinəddin Zidan və Luis Enrike namizəddir.
Apasport.az xəbər verir ki, Juze Mourinyunun Portuqaliya millisi ilə işləməkdən imtina etməsindən sonra bu posta əsas namizədlər daha əvvəl "Real"dф çalışmış Zinəddin Zidan və DÇ-2022-dən sonra İspaniya millisindən ayrılmış Luis Enrikedir.
Eyni zamanda, Portuqaliya Futbol Federasiyası (FPF) ümid edir ki, yaya qədər Juze Mourinyu fikrini dəyişəcək və milli komandaya rəhbərlik etməyə razı olacaq.
0
0