Kepa “Real”da
14.08.2023 - 15:28
Kepa “Real”da

“Real” heyətinə yeni qapıçı qatıb.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubu açıqlayıb.

Madrid təmsilçisi Kepa Arrisabalaqanı icarəyə götürüb. “Çelsi”nin qapıçısı mövsümün sonuna qədər “Real”ın formasını geyinəcək.

Qeyd edək ki, İspaniya nəhənginin əsas qapıçısı Tibo Kurtua ağır zədə aldığı üçün uzun müddətə sıradan çxııb.
 

writer photo
Əlirza Əlirzalı
0