Kevin de Bruyne əməliyyat olunacaq
18.08.2023 - 14:27
Kevin de Bruyne əməliyyat olunacaq

Belçika millisinin və “Mançester Siti”nin futbolçusu Kevin de Bruyne əməliyyat olunacaq.

Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi cərrah masasına uzanmağa razılıq verib.

Zədədən əziyyət çəkən futbolçu Antverpendə əməliyyat olunacaq. Həkimlər onun 3-4 ay meydanlardan kənar qalacağını proqnozlaşdırır.

Qeyd edək ki, Kevin Premyer Liqanın I turunun “Bernli” ilə görüşündə (3:0) xəsarət alıb.
 

writer photo
Əlirza Əlirzalı
0