Kevin De Bruyne qayıdır
27.11.2023 - 23:58
Kevin De Bruyne qayıdır

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruynedən xəbər var.

Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu meydana nə vaxt qayıtmağı planlaşdırdığını açıqlayıb.

Abu Dabidə keçirilən Formula 1 Qran Prisinə qatılan De Bruyne yeni ildən meydana çıxacağına ümid edir: “Özümü yaxşı hiss edirəm. Planlarımızda hər hansı bir axsama olmazsa, yanvar ayından yaşıl meydanlara qayıda biləcəm”.

Qeyd edək ki, Belçika millisinin də şərəfini qoruyan Kevin avqust ayında bud nahiyəsindən zədə alıb və əməliyyat olunub.

writer photo
Əlirza Əlirzalı
0