Nicat Abasov üçüncü yer uğrunda mübarizə aparacaq
20.08.2023 - 19:56
Bakıda keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasovla beşqat dünya çempionu, norveçli Maqnus Karlsen arasında ikinci partiya baş tutub.
Dünən ilk dueldə uduzan Nicata cavab oyununda mütləq qələbə qazamalı idi. Ağ fiqurlarla mübarizə aparan Nicat Abasov bu dəfə Maqnus Karlsenlə heç-heçə oynayıb. Ümumi nəticədə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
0
0